Türkiyədə 90-dan çox futbol hakimi həbs edilib
Bizi izləyin

Dünya

Türkiyədə 90-dan çox futbol hakimi həbs edilib

Türkiyədə 90-dan çox futbol hakimi və hakim köməkçisi həbs edilib.

Publika.az xəbər verir ki, onlar 15 iyul qiyamının təşkilində ittiham olunan Fətullah Gülenin tərəfdarları olmaqda günahlandırılırlar.

Bundan əvvəl Ankaradakı “Gülhane Hərbi Tibb Akademiyası”nın 50 əməkdaşı da həbs edilib.

Prezident Erdogan bir daha Qərbi terroçuluğu dəstəkləməkdə günahlandırıb və qiyamın xaricdən hazırlandığını deyib.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.

Uğursuz qiyam cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, 70 minədək hərbçi, hakim və dövlət qulluqçusu işdən gənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm