Dəhşətli partlayış: 93 ölü, onlarla yaralı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Dəhşətli partlayış: 93 ölü, onlarla yaralı (YENİLƏNİB)

Avqustun 8-də Pakistanda xəstəxanada törədilən partlayışa görə məsuliyyəti “Taliban” hərəkatının “Djamat-ul-Axrar” qruplaşması öz üzərinə götürüb.

Publika.az bildirir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

“Taliban” hərəkatının nümayəndəsi Ehsullah Ehsan hadisə ilə bağlı video yayacaqlarını deyib.

***

14:11

Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində xəstəxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Publika.az xəbər verir ki, hadisə Bəlucistanın Vəkillər Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin qətlə yetirilməsindən sonra baş verib. Cəsəd xəstəxanaya çatdırıldıqdan sonra tibb məntəqəsinə jurnalistlər, vəkillər gəliblər. Partlayış məhz həmin anda baş verib. Ölənlərin əksəriyyətinin də məhz jurnalistlər və vəkillər olduğu bildirilir.

Polisin məlumatına görə, partlayışdan dərhal sonra naməlum şəxs tərəfindən atəş açılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi ərazini mühasirəyə alıblar. Terror təhlükəsi ilə əlaqədar həyəcan elan edilib. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

***

12:11

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxananın reanimasiya şəbəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

"Report" yerli "Dunya News" telekanalına istinadən xəbər verir ki, ölənlərin çoxu jurnalist və hüquqşünasdır. Onların arasında Bəlucistan Vəkillər Kollegiyasi Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Qazi də var.

Məlumata görə, terror hadisəsi nəticəsində onlarla insan xəsarət alıb.

***

10:41

Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 30 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm