Dünya
ABŞ-Çin müharibəsinə doğru: Pentaqonun məxfi SAVAŞ PLANI
1990-cı illərdə SSRİ-nin dağılmasından sonra dünyanın super gücü olmaq istiqamətində inamla addımlayan ABŞ-la Uzaq Şərqdə “yatmış əjdahaya” bənzədilən Çin arasında “XXI əsrdə ikitərəfli münasibətləri inkişaf etdirmək”lə bağlı razılaşma əldə olunmuşdu. Lakin bu illər ərzində ABŞ Çinlə qarşıdurmaya ciddi şəkildə hazırlıq görür.
Publika.az xəbər verir ki, ABŞ-ın strateji araşdırma mərkəzi olan “Rand Corporation” 2025-ci ilə qədər baş verməsi mümkün olan ABŞ-Çin müharibəsinin ssenarisini hazırlayıb.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun böyük elmi işçisi Vasiliy Kaşin “Çinlə müharibə: ağlasığmaz haqda düşünmək” adlı bu ssenariyə əsasən ABŞ-Çin qarşıdurmasını araşdırıb.
***
Çinlə müharibə: Çörçilin “Ağlasığmaz” kodu
Maraqlıdır ki, “Ağlasığmaz” (Unthinkable) ifadəsi Britaniyanın baş naziri Uinston Çörçilin 1945-ci ildə SSRİ ilə hazırlanmış müharibənin birinci planının kod adı idi. Lakin Çörçilin məxfi planından fərqli olaraq, “Çinlə müharibə: ağlasığmaz haqda düşünmək” açıq ssenaridir. Hansı ki, ABŞ illərdir bu planın üzərində gərgin iş aparır.
Bu iş 2009-cu ildə ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeytsin yüksək rütbəli zabitlərlə dar çərçivədə keçirdiyi müşavirədən başlandı. O zaman Pentaqon şefi Çinlə mümkün müharibənin ssenarilərini “sakit” şəkildə təhlil etmək üçün analitiklərə təqdim etdi.
“Əjdaha” “qartal”a qalib gəlir
Mürəkkəb analizlərin nəticələrində Çin və ABŞ arasında bir sıra fərqlər ortaya çıxır.
Çin ümum daxili məhsulda Amerikanı üstələyir. Buna baxmayaraq, Çin müdafiə xərclərini gizlədir və rəsmi məlumatlarda bunun ÜDM-ni 1,5 faiz üstələdiyi göstərilir. Hətta Çinin müdafiə xərcləri haqda cəsarətli araşırdırmalarda belə bu rəqəm 2 faizi keçmir. ABŞ hərbi büdcəsi isə stabil olaraq ÜDM-ni 4 faiz üstələyir. Dünyada bununla bağlı ortalama göstərici isə 2,6 faizdir.
Bu o deməkdir ki, hətta iqtisadi inkişafın aşağı templərində belə Çin müdafiə xərclərini artırmaq üçün əhəmiyyətli ehtiyatlara malikdir. ABŞ-da isə bu ehtiyatlar yoxdur.
ABŞ-ın yayınan diqqəti, Çinin “Sakit” əməliyyatı
ABŞ İraqda böyük itkilər verdi. Hətta ordunu İraqdan çıxarandan sonra Yaxın Şərqdə yeni münaqişələr başlandı. Vəziyyət göstərir ki, bu, gələcək illərdə də Amerikanın diqqətini yayındıracaq.
Ukrayna böhranı ABŞ üçün diqqətini Asiyaya yönəltməyə daha bir maneə oldu. Avropa Birliyi tərəfindən Rusiyaya təzyiqi təmin etmək üçün amerikalılar əvvəlcə Baltikyanı və Polşaya Rusiya təhlükəsi haqda tezisin təbliğinə siyasi kapital qoydular, sonra özləri də bu prosesə aludə olaraq Şərqi Avropaya əhəmiyyətli güclərini yerləşdirdilər.
Çin isə öz hərbi təsir imkanlarını nəzərəçarpacaq qədər genişləndirir. 2015-ci ilin sonunda Pekin ölkənin şərq rayonlarında hərbi bazanı tikməyə başladı. Sakit okeanın hərbi səhnəsində silahlanmanın bəzi növləri üzrə nisbət Çinin xeyrinədir. Çinin üstünlükləri artdığı halda ABŞ-ın imkanları azalır. Şərqi Avropa və yaxın Şərqdəki vəziyyət amerikalılara şəxsi güclərini rasional paylaşmağa imkan vermir.
Səddamı edama aparan Amerika indi kimə dar ağacı quracaq?
2013-cü ildə müdafiə nazirinin müavini Bob Uorkom tərəfindən irəli sürülən “üçüncü kompensasiya strategiyası” amerikalılar üçün vəziyyətdən çıxış yolu kimi görünür. Birinci kompensasiya strategiyası 1950-ci illərdə qəbul olunmuş və nüvə silahlarından tutmuş adi silahlara qədər SSRİ üzərində üstünlüyü əldə etməyə hesablanmışdı. İkinci strategiya 1970-ci illərdə həyata keçirilməyə başlandı. Bunun mahiyyəti yüksək dəqiqlik silahlarından istifadə və kəşfiyyat zərbələrindən ibarət idi. Amerikalılara görə, bu strategiya son dərəcədə uğurlu idi.1990-cı illərdə Səddam Hüseyn ordusu üzərində bu strategiya ilə qalib gəlmişdilər. Hər iki strategiyada ABŞ məhdud büdcə ilə hərəkət etməyi bacardı. İndi onlar bu uğuru təkrarlamaq niyyətindədirlər: ən yaxın illərdə yeni strategiya çərçivəsində texnologiyalara milyardlar ayrılacaq.
“Anti-sovet”dən “anti-Çin”ə qədər
Maraqlıdır ki, bu strategiya indiyə qədər Çinə əsaslanaraq planlaşdırılıb və müzakirə edilib. Bu, birinci və ikinci “anti-sovet” strategiyası kimi, “anti-Çin” strategiyasıdır. Bu strategiya tamamilə Çinə qarşı yönəldilib və burada Rusiya ilə İran aradabir xatırlanır. Soyuq müharibə illərində Çinin xatırlandığı kimi.
Ekspertlərin fikrincə, belə bir strategiyanın hazırlanması münaqişənin başlanması demək deyil. Lakin söhbət ABŞ-ın bütün hərbi siyasətinin yenidən qurulmasının ilkin mərhələsindən gedir. Onun hədəfi güc və imkan baxımından təxminən bərabər rəqiblə qarşıdurmaya hazırlıqdır. Əvvəllər ABŞ-ın hərbi siyasətində lokal müharibələr, həmçinin, planetin müxtəlif ərazilərində həyata keçirilən əməliyyatlarda iştirak üçün dünya polisi rolunun icrası prioritet idi. Bu vəziyyət əsrin dördə biri qədər belə davam etdi.
“Makdonalds” və hollivud filmləri müharibəyə qarşı
Ekspertlər hesab edirlər ki, ABŞ-Çin müharibəsi mümkün deyil: iki ölkə arasında 600 milyard dollardan çox əmtəə dövriyyəsi var. Çin elitasının övladları Amerika universitetlərində oxuyurlar və Çin əhalisinin əksəriyyəti ABŞ-ın “yumşaq gücünün” təsiri altındadırlar. Onlar hollivud filmlərinə baxır və “Makdonalds”a gedirlər.
Lakin təcrübə bu arqumentləri alt-üst edir. Ticarət və investisiyaların müharibələrin önünə keçdiyi arqumenti I Dünya müharibəsindən əvvəl məşhur idi və həmin müharibə ilə bu fikirlər dəfn olundu. Avropa və dünya tarixində ən əhəmiyyətli iqtisadi tərəfdaşlar arasında silahlı münaqişələr təcrübəsi genişdir.
Amerika çətirini qəbul etməmək və qapıda olan müharibə
Hazırda artan ABŞ-Çin müharibəsi ehtimalının hərbi və siyasi əlamətləri göz önündədir. Belə müharibələrin qeyri-mümkünlüyü haqda dəlillər yoxsuldur. İki ölkənin qarşıdurma səbəbləri hələ Avropa imperialist dövlətlərinin mübarizəsi vaxtlarından tanışdır.
Çinin ehtiyacları artsa da ABŞ çətiri altında girmək niyyətində deyil. Belə ki, adambaşına düşən ümum daxili məhsula görə Çin Rusiyaya iki dəfə uduzur. Çin artıq enerjidaşıyıcıların ən böyük idxalçısıdır, həmçinin, müxtəlif xammal növlərini də idxal edir. Onun əhalisi yaşlanır, işçi qüvvəsi azalır, tələbat artır. Çinin yolu şəxsi markaları altında yüksək texnologiyalı məhsulların dünyada ən böyük eksportçusuna çevrilməkdir. Başqa sözlə, Çin Yaponiya və Cənubi Koreyanın yolunu təkrarlayacaq. Lakin burada sual yaranır ki, ABŞ-ın tərəfdaşlarından hansı bu yeni oyunçuya təsir etmək gücünə malikdir? Faktiki olaraq, Yaponiya iqtisadi məhdudlaşdırılmış müstəqilliyə malikdir, Cənubi Koreya isə Birləşmiş Ştatlardan asılı kiçik tərəfdaşdır.
1980-ci illərdə ABŞ ümid edirdi ki, Çin Vaşinqtonun müttəfiqi olacaq və liberal demokratiyanın inkişafı, eləcə də elitanın yenilənməsi ilə Vaşinqtonun liderliyini qəbul edəcək. Belə baxışlar 1990-cı illərdə pik həddinə çatdı. Prezident Bil Klinton o haqda düşünməyi sevirdi ki, internet və mobil telefonlarını Çinə dəyişdirəcək. İndi belə gözləntilər artıq keçmişdə qalıb. Müasir Çin bir çox şeydə Avropa dövlətlərinin sənayeləşdirmə və urbanazasiya vaxtlarını xatırladır. Bütün bunlar minillik imperiya mirası və XIX-XX əsrdə məğlubiyyətin və alçalmanın qisas hissindən də irəli gəlir.
Çin indi ABŞ-ın hökmranlığını tanımaq niyyətində deyil. Müasir dünyanın iki nəhəngi arasında qarşıdurma prosesi aşağı sürətlə davam edir, lakin bu, gələcəkdə qarşısıalınmaz ola bilər.
Asif
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi