AKP-nin keçmiş sədri “FETÖ” üzvü çıxdı – FOTOLAR
Bizi izləyin

Dünya

AKP-nin keçmiş sədri “FETÖ” üzvü çıxdı – FOTOLAR

Türkiyənin Kayseri bölgəsində dövlət çevrilişinə cəhddə günahkar bilinən “FETÖ” təşkilatının üzvlərinə qarşı polis tərəfindən xüsusi əməliyyat keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı aralarında “FETÖ” təşkilatının Ticarət Otağının rəhbəri Mahmut Hiçyılmaz, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bölgə təşkilatının keçmiş sədri Ömer Dengizin yer aldığı 112 iş adamı barəsində cinayət işi açılıb.

Bu gün səhər saatlarında Kayseri Təhlükəsizlik Xidmətinin 400 əməkdaşı tərəfindən 112 nəfərin evində və iş yerlərində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla şəxs həbs olunub.

Barəsində həbs qərarı çıxarılan AKP-nin bölgə təşkilatının keçmiş sədri Ömer Dengiz isə hazırda polislər tərəfindən axtarılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm