Dünya
Türkiyədə güclü partlayış: Ölənlərin sayı 7-yə çatdı – FOTOLAR (YENİLƏNİB)
Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Publika.az xəbər verir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır.
Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb.
16:30
Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir.
***
Türkiyənin Diyarbəkr vilayətinin Bismil rayonunda avtomobil yolunda yerləşən polis məntəqəsinə minalanmış avtomobillə hücum təşkil olunub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində xeyli sayda insan yaralanıb.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və polis qrupları göndərilib.
Son məlumatlara görə, biri nəfər ölüb, 11-i polis olmaqla çoxlu sayda insan yaralanıb. Partlayışdan sonra bölgəyə gedən təhlükəsizlik gücləri ilə terrorçular arasında qısa müddətli atışma baş verib. Qaçan terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat başlanıb.
Ömər Dağlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO