Zorla ərə verilən qız ərini zəhərlədi
Bizi izləyin

Dünya

Zorla ərə verilən qız ərini zəhərlədi

Nigeriyada zorla ərə verilən qız ərinin və üç dostunun yeməyinə siçovul zəhəri qataraq öldürüb.

14 yaşlı Vəsilə Umaru 35 yaşlı Sani Umaru ilə keçən həftə evləndirilib. Lakin toyu qeyd etmək üçün ər evə dostlarını dəvət edərək qonaqlıq vermək istəyib. Bu vaxtı isə yeniyetmə düyünün içinə zəhər qatıb. Bundan sonra əri Sani Umaru və iki dostu yerindəcə vəfat edib. Halı pisləşən qonaqlardan biri xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək olmayıb. Vəsilə Umaru günahını boynuna alaraq onu sevmədiyi kişiyə məcburən ərə verildiyi üçün bu yola əl atdığını etiraf edib.

Erkən evləndirmə Nigeriyanın müsəlman və kasıb əyalətində çox məşhurdur, çünki quraqlıq olduğundan gəlir başına verilən tədarük ailəni 1 ay qida ilə təmin edir. Nigeriyada 18 yaşdan aşağı ərə verilən qızların sayı 50%-dən də çox təşkil edir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm