Dünya
Məşhur milyarder polisin güdazına getdi - FOTO
Britaniyalı milyarder, dünyanın ən məşhur iş adamlarından biri, "Virgin Group" holdinqinin banisi və sahibi Riçard Brenson velosipeddən yıxılaraq ağır travmalar alıb.
Hadisə Vircin adalarındakı Leverik buxtasında, Brensonun ailəsi ilə birgə dincəldiyi məkanda baş verib.
"Virgin Strive Challenge" veloyürüşünə hazırlıq çərçivəsində məşq edən biznesmen axşam saatlarında velosiped sürürmüş.
"Axşam saatlarında yamacla aşağı hərəkət edirdim. Qəflətən "uzanmış polis"in üzərinə çıxdım və sükanın üstündən kəllə-mayallaq aşdım. Başımda şlem olmasaydı, ölərdim. Yadımda yalnız o qaldı ki, uçuram. Həyatım gözlərimin qarşısından keçdi. Öləcəyimi düşünürdüm. Sağ qaldığıma, iflic olmadığıma inana bilmirəm".
Hadisədən sonra çəkilmiş fotolarda görünür ki, Brenson üzündən
və çiyinlərindən travmalar alıb.
Bu ilin fevralında Riçard Brenson Böyük Kayman adalarının
sahillərində çiməndə skatların hücumuna məruz qalmışdı. Həmin
hadisədən 6 gün sonra isə arvadına üzük almaq üçün zərgərlik
dükanına yollanan Brensonun başı butikin şəffaf şüşə qapısına
dəymişdi.
Riçard Brenson Britaniyanın ən varlı iş adamlarından biridir.
(milli.az)
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı