Bir milyon dollarlıq əsginaz ələ keçdi
Bizi izləyin

Dünya

Bir milyon dollarlıq əsginaz ələ keçdi

İstanbulda 1 milyon dallarlıq əsginaz ələ keçirilib.

Axar.az xəbər verir ki, Kağızxana Təhlükəsizlik müdirliyinə K.K adlı şəxsin əlində 1 milyon dollarlıq sertfikatlı əsginaz olduğu və onu satmaq istədiyi haqda məlumat daxil olub. Axtarışlara başlayan qurum 27 yaşlı sözügedən şəxsi 1 milyon dollarlıq əsginaz və sertfikatla birgə yaxalayıb.

Əsginazın tutulan şəxsin 57 yaşlı atasına məxsus olduğu məlum olub. Bundan sonra əsginazın həqiqi sahibi də yaxalanıb.

Qeyd edək ki, dünyada məhdud sayda olan 1 milyon dollarlıq əsginaz 1988-ci ildə ABŞ tərəfindən prestij məqsədi ilə tədavülə buraxılıb. Beynəlxalq Milyonçular Birliyi tərəfindən kommersiya müvəffəqiyyətinin və “Amerikan yuxusu”nun simvolu kimi tədavülə buraxılan əsginazlar həqiqi pul yerinə keçməyib. Buna rəğmən, kolleksiyaçılar 1 milyon dollarlıq əsginaz üçün istənilən məbləğ ödəməyə hazırdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm