Parlamentə bomba yağışının yeni görüntüləri: “Xainlər, alçaqlar...” - VİDEO
Bizi izləyin

Dünya

Parlamentə bomba yağışının yeni görüntüləri: “Xainlər, alçaqlar...” - VİDEO

Fəthullahçı Terror Təşkilatının (FETÖ) bombaladığı Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 iyulda baş verənlərlə bağlı yeni görüntülər ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərdə ədliyyə naziri Bəkir Bozdağın kürsüdən çıxışı yer alıb.

Nazir bomba partladığı zaman duruşunu heç pozmadan kürsüdə gözləyir. Görüntülərdə bomba partlayışı və dağıntıların səsi aydın şəkildə eşidilir. Ayağa qalxan millət vəkilləri “Xainlər, alçaqlar” deyərək qışqırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm