Baba və nəticə Nehru: 1951- 2014. Seçki xronologiyası
Bizi izləyin

Dünya

Baba və nəticə Nehru: 1951- 2014. Seçki xronologiyası

Baba və nəticə Nehru: 1951- 2014. Seçki xronologiyası

Hindistanda parlament seçkilərinə start verilib. Aprelin 7-dən başlayan səsvermə may ayının 12-nə qədər davam edəcək.

Seçki prosesi uzun çəkə bu ölkədə parlamentin aşağı palatasına 543 deputat seçilməlidir və hər hansı bir partiya hökuməti təşkil etmək üçün təkbaşına və ya digər partiyalarla koalisiyada minimum 272 deputatın dəstəyinə nail olmalıdır.

Builki seçki kampaniyasına yeni yaradılmış bir neçə partiya da qoşulub. Yeni yaradılan Ümumi Xalq Partiyası ölkədə korrupsiyaya qarşı mübarizəni özünün prioriteti elan edib. Partiya seçkilərdə əsas favoritlərdən biri olmasa da, onun nümayəndələrinin parlamentdə təmsil olunacağı gözlənilir.

Hindistanın hazırkı Baş naziri Manmohan Sinqh bir müddət əvvəl bildirib ki, o, seçkilərdən sonra tutduğu vəzifədən istefa verəcək.

Milli Konqresə nüfuzlu Nehru-Qandi sülaləsinin yeni nəsil nümayəndəsi Rahul Qandi rəhbərlik edəcək. Bu sülalə 1951-ci ildən Hindistanın əsas siyasi elitasını təşkil edir.

Publika.Az 1951-ci ildən başlayaraq Hindistanın maraqlı seçki xronologiyasının təqdim edir:

Hindistan milli seçkiləri, 1951: qalib Hindistan Milli Konqresi, lider Nehru.

Hindistan milli seçkiləri, 1957: qalib Hindistan Milli Konqresi, lider Nehru.

Hindistan milli seçkiləri, 1962: qalib Hindistan Milli Konqresi, lider Nehru.

Hindistan milli seçkiləri, 1967: qalib Hindistan Milli Konqresi, lider Nehrunun qızı İndira Gandi.

Hindistan milli seçkiləri, 1971: qalib Hindistan Milli Konqresi, lider Nehrunun qızı İndira Qandi.

Hindistan milli seçkiləri, 1977: qalib Anti-Milli Konqress koalisiyası, lider Milli Konqres Partiyasının sabiq liderlərindən Morarji Desai.


Hindistan milli seçkiləri, 1980: qalib Hindistan Milli Konqresi, lider Nehrunun qızı İndira Qandi. Həmin il İndiranın oğlu Sanjai təyyarə qəzasında aldığı xəsarətlərdən həlak olur.

Hindistan milli seçkiləri, 1984: qalib Hindistan Milli Konqresi. Seçkilərdən əvvəl Milli Konqersin rəhbəri İndira Qandi sui-qəsd nəticəsində öldürülür, beləliklə partiyanın lideri onun oğlu Rajiv Qandi olur.

Hindistan milli seçkiləri, 1989: qalib Hindistan Milli Konqresi əleyhinə formalaşdırılan Milli Cəbhə, lider V.P. Singh, 16 aydan sonra parlament buraxılır.

Hindistan milli seçkiləri, (erkən), 1991: seçkilər zamanı Hindistan Milli konqresinin rəhbəri, Nehrunun nəvəsi, İndiranın oğlu Rajiv Qandi öldürülür.

Bu dəfəki seçkilərdə də Nehrunun nəticəsi əsas namizəddir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm