Ərdoğanın sahibsiz qalan heykəli – FOTOLAR
Bizi izləyin

Dünya

Ərdoğanın sahibsiz qalan heykəli – FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəlinə yiyə duran yoxdur.

Publika.az “Sözçü” nəşrinə istinadən xəbər verir ki, Kocaeli vilayətinin Kartəpə mahalında bələdiyyənin sifarişi ilə hazırlanan 2 ton ağırlığında və 4 metr hündürlüyündəki heykəl heykəltəraşın əlində qalıb.

Heykəltəraş Nuh Açının sözlərinə görə, təxminən 1 ay müddətində Rəcəb Tayyib Ərdoğanın heykəlini hazırlayıb.

“Biz heykəli hazırlayana kimi ölkədə çevrilişə cəhd oldu. Bundan sonra nə axtaran, nə də soruşan var. Prezidentin heykəlini götürmədilər. Mən də heykəli qalereyanın qarşısında sərgiləməyə başladım”, - heykəltəraş deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm