II Dünya Müharibəsində dənizçinin öpdüyü qadın vəfat edib
Bizi izləyin

Dünya

II Dünya Müharibəsində dənizçinin öpdüyü qadın vəfat edib

İkinci Dünya Müharibəsində ABŞ-ın Yaponiya üzərində qələbəsi gününün simvol fotosunda dənizçinin öpdüyü qadın 92 yaşında vəfat edib.

Publika.az BBC-yə istinadn xəbər verir ki, bu barədə onun oğlu Coşua Friedman bildirib. Onun sözlərinə görə, Greta Zimmer Friedman Virciniya ştatında, Richmond şəhərində xəstəxanada sətəlcəmdən dünyasını dəyişib.

1945-ci il avqustun 14-də Nyu Yorkun Times Meydanında dənizçinin qəftələn öpdüyü xanım Friedmanın o zaman 21 yaşı var idi və stomatoloq köməkçisi kimi çalışırdı.

Life jurnalında çap edilmiş bu foto həmin vaxtdan bəri Yaponiya üzərində Qələbə Gününün (VJ DAY) simvoluna çevrilib. Xanım Friedman bildirib ki, o 1960-cı illərə kimi bu fotodan xəbərsiz olub.

"Bu sadəcə qələbənin qeyd edilməsi idi. Romantik hadisə deyildi", xanım Friedman sonralar müsahibəsində bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm