Dünya
Seçicilərə verdiyi sözə əməl edə bilməyən məmur özünü asdı
Buryatiyada kənd təsərrüfatı administrasiyasının rəhbəri intihar edib.
Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, ilkin ehtimallara
görə, məmur öz işindən narazı olduğu üçün bu addımı atıb.
Şabur kəndinin 48 yaşlı sakini Yuri Çuklovun asılmış cəsədi
yanvarın 17-də aşkar olunub. İstintaq komitəsi hadisə ilə bağlı
araşdırmaya başlayıb. İlkin məlumatlara görə, son vaxtlar məmur
seçicilərin ümidlərini doğrulda bilmədiyi üçün depressiyada
idi.
Çuklov 2013-cü ilin sentyabr ayında keçirilən seçkilərdə qalib
gəlmişdi. 317 nəfər seçici ona səs vermişdi. Onun rəqibi olan hakim
"Vahid Rusiya" partiyasından olan namizəd isə 100-ə yaxın səs
toplaya bimişdi.
Çuklov seçilərkən öz işinə entuziazmla başlamışdı. Ancaq sonradan
məlum olub ki, o, çoxlu sayda sənədlər rəsmiləşdirməlidir. Ona
çoxlu sayda müraciətlər və şikayətlər daxil olurdu. Yerli büdcə isə
həmin müraciətlərə müsbət cavab verməyə imkan vermirdi.
Onu da qeyd edək ki, Şabur kəndi Buryatiyanın ən kriminal kəndi
hesab olunur. Kənddə əhalini tez-tez soyan, onlara işgəncə verən
kriminal dəstə fəaliyyət göstərir.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...