Dünya
Azərbaycanlı milyonçu öldürüldü
Bu gün səhər Krasnoyarskda daha bir azərbaycanlı iş adamı - “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının və “Yemelyanovo cıdırı”nın sahibi, 60 yaşlı milyonçu Ənvər İbrahimov qətlə yetirilib.
Bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk vilayəti üzrə rəisinin köməkçisi Olqa Deqid məlumat verib.
Onun sözlərinə görə, qətl hadisəsi səhər saat 7-də Ə.İbrahimovun şəhərin “Şimal mikrorayonu” adlanan ərazisindəki Vodopyanıy küçəsində yerləşən evinin qarşısında baş verib. Ona “TT” tipli tapançadan atəş açıblar: “İstintaq orqanı müxtəlif versiyaları nəzərdən keçirir. Onlardan birinə görə, bugünkü qətl bazar günü qeydə alınan başqa bir ölüm hadisəsi ilə əlaqəli ola bilər”.
Xatırladaq ki, bazar günü, aprelin 13-də Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü. Yeri gəlmişkən, onun meyiti torpağa tapşırılmaq üçün bu gün Azərbaycana gətirilməli idi. /virtualaz.org/
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO