Dünya
“The Times”: “Hücum Türkiyə nömrəli maşınlarla edilib”
İngiltərənin “The Times” qəzeti Suriyanın Türkiyə sərhədi yaxınlarında yerləşən Kasab qəsəbəsindən Livanın paytaxtı Beyruta qaçan ermənilərlə bağlı yazı dərc edib.
Publika.Az – ın verdiyi xəbərə görə, ermənilər qəsəbə ilə bağlı mediada yayılan informasiyaların həqiqəti əks etdirmədiyini ifadə edib.
Xatırladaq ki, Kasab qəsəbəsi aprel ayının əvvəlində Suriya Azad Ordusu tərəfindən ələ keçirilib. Qəsəbənin Suriya hakimiyyətinə müxalifət qüvvələri tərəfindən tutulmasını isə Türkiyənin ermənilərə qarşı növbəti soyqırımı kimi qiymətləndirilir.
Babuk adlı 94 yaşındakı bir erməni “Yaşananların soyqırımla heç bir əlaqəsi yoxdur”,-deyib. Hücumun başladığı zaman evinin bağçasını suladığını söyləyən Hosvep adlı 66 yaşındakı bir başqa erməni hər şeyin 30 dəqiqə ərzində baş verdiyini deyib. Hosvepin ən ciddi iddiası isə Türkiyə ilə bağlıdır. Onun sözlərinə görə, hücum Türkiyə nömrəli maşınlarla həyata keçirilib.
“The Times” hadisə barədə “Suriyalı səlahiyyətlilər 1915-ci ili xatırlatdı””,- yazıb.
Suriya rejimi qəsəbədə baş verənlərinin “növbəti erməni soyqırımı” kimi təqdim olunması üçün xüsusi canfəşanlıq göstərir. Türkiyənin “Hürriyyət” yazır ki, Bəşər Əsəd beynəlxalq cəmiyyətin dəstəyini almaq üçün bu günə qədər terror kartından istifadə edib, indi də ermənilərdən istifadə edir: “Əsəd 20 Yanvarda AFP-yə verdiyi müsahibədə “Suriyadakı terror vəhşiliyi osmanlıların 1,5 milyon ermənini öldürdüyü qırğınları xatırladır”,- deyərkən də bunun siqnalını vermişdi. Bu arada Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə Əsədə məktub yazaraq, erməni əhalisini qoruduğu üçün təşəkkür edib. O, Avropa ölkələrindən də Türkiyəyə təzyiq edilməsini istəyib. Amma qırğından qaçan ermənilər indi Türkiyədədir. Hər şeydən əhəmiyyətli olan irq və din fərqliliyinə baxmayaraq, Kasabdə zərər çəkmiş olan hər kəsə Türkiyənin qapılarını açmasıdır”.
Ötən həftə ABŞ-dakı erməni diasporu da Boston şəhərində Türkiyə əleyhinə etiraz aksiyası keçirib. Bu ölkədəki erməni diasporunu ətrafında birləşdirən Amerika Erməni Milli Komitəsi (ANCA) Kasab qəsəbəsində erməni əsilli suriyalılara qarşı hücumların Türkiyənin icazəsi ilə həyata keçirildiyini iddia edib.
Ömər Dağlı
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO