Dünya
Rus gəmiləri gəmilərimizi "ofsayt"a saldı
Rusiyaya məxsus gəmilər Xəzərdə yük daşınmalarını tam ələ keçirib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən “Axar.az”a verilən məlumata görə, Gəmiçiliyə məxsus “Araz”, “Şamaxı”, “Səməd Vurğun”, “Zəngilan” və “General Mehmandarov” tankerləri 1 aydan çoxdur ki, Türkmənistanın Türkmənbaşı limanından yük götürmək üçün növbəyə dursalar da, onların yük daşımasına mane olunur.
Türkmənistan hökuməti danışıqlara və müqaviləyə riayət etmir. Türkmənbaşı limanının səlahiyyətlilərindən birinin dediyinə görə, Rusiya tərəfi yüklərin ancaq onların gəmiləri tərəfindən daşınacağı iddiasını irəli sürüb. Yəni Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən “Voskiy Flot” gəmiçilik şirkətinin 22 tankeri (VF-1”-dən “VF-22” gəmisinə qədər) növbədənkənar yük götürmə ilə məşğuldur. Bizim gəmilərin niyə yüklə təmin edilməməsinə isə Türkmənbaşı limanından belə əsas gətirirlər ki, guya daşınacaq mazutun tərkibində 7 faiz su var və Azərbaycan tərəfi bu faka görə mazutu qəbul etməz, ancaq rus gəmiləri mazutu belə keyfiyyətlə də alır.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi isə bu "canıyananlığı" bəhanə hesab edir. Aldığımız məlumata görə, bu gün “General Mehmandarov” adlı tankerlərimizin yük üçün körpüyə girməsi gözlənilsə də, rusların 4 ədəd yeni tankerinin reydə yaxınlaşması bunun qarşısını alıb.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...