Dünya
“Bu cür radikalizm yatırdılacaq” - Prezident Ukraynanı nümunə göstərdi
Belorus xalqına illik müraciət edən prezident Alerksandr Lukaşenko ölkə vətəndaşlarını hədələyib.
Publika.Az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, dövlət başçısı ölkə əhalisini qonşuların səhvlərindən dərs çıxarmağa çağırıb.
Onun sözlərinə görə, Belorus xalqının qarşısında duran başçıca məsələ əsas dəyər olan müstəqilliyi müdafiə etməkdir. “Yeni dövr başlanır və heç kəs bilmir ki, bu dövr necə olacaq. Mən sizə çətin bir vaxtda müraciət edirəm.
Bizi əhatə edən dövlətlər hərəkətə gəlib. Gözlərimizin qarşısında sərhədlər dağıdılır. Biz məsuliyyətli və etibarlı partnyor rolunda çıxış edirik. Biz xarici münaqişələrə cəlb edilməmişik, amma narahat olmağımız üçün əsaslar var”, - Belorus prezidenti Ukraynada baş verənlərdən ölkə vətəndaşlarının dərs çıxarmalı olduğunu deyib.
Belorus prezidenti ölkəsinin Krımın Rusiyaya birləşməsini tanıdığını və bunu ondan heç kimin tələb etmədiyini bildirib.
A.Lukaşenko qeyd edib ki, xalqı qiyama çağıranlar xalqın düşmənidir: “Bu cür radikalizm yatırdılacaq, biz provokasiyalara imkan verməyəcəyik. Zorakılığa yönəlik istənilən təbliğat sərt şəkildə məhv ediləcək və mən əminəm ki, xalq bu işdə bizə dəstək göstərəcək”.
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”