Dünya
Cenevrə razılaşmasının icrasında böyük “irəliləyiş”
Donetsk vilayət şurası binasının 10 və 11-ci mərtəbələri separatçılar tərəfindən tutulub.
Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə operativ koordinasiya qərargahının nümayəndəsi Aleksandr Tretyak Donetsk vilayətinin administrasiya rəhbəri, qubernator Sergey Taruta ilə görüşündə bildirib.
O, hazırda separatçıların binaya vurduğu zərərin hesablandığını deyib.
Qeyd edək ki, aprelin 17-sində İsveçrənin Cenevrə şəhərində Ukrayna böhranı ilə bağlı dördtərəfli danışıqlar keçirilib. Avropa İttifaqı, ABŞ, Rusiya və Ukranya nümayəndələrin iştirak etdiyi danışıqlarda ölkənin şərqində separatçılar tərəfindən ələ keçirilən inzibati binaların azad olunması barədə razılıq əldə olunub.
Lakin Cenevrə razılaşmasının tələbləri separatçılar tərəfindən bu günə qədər yerinə yetirilməyib. Razılaşmanın icrasında yaranan problemlərə görə, Rusiya Kiyevin yeni rəhbərliyini, Ukrayna və Qərb isə Rusiyanı ittiham edir.
ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında Ukrayna böhranı müzakirə olunub. “Röyters” xəbər agentliyinin məlumatına görə, dövlət katibi rusiyalı həmkarını qarşıdurma ritorikasını azaltmağa çağırıb. Dövlət katibi həmçinin bildirib ki, Rusiya Ukraynanın cənubi-şərqində inzibati binaları ələ keçirən silahlıları təslim olmağa çağırmalıdır.
Ömər Dağlı
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO