Dünya
BMT baş katibinin dəvəti aranı qarışdırdı
Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün İsveçrədə bu həftə
keçiriləcək "Cenevrə-2" konfransına İranın da dəvət edilməsi aranı
qarışdırdı.
Publika.Az-ın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, BMT
İranı konfransa dəvət edib və İran müsbət cavab verib.
BMT baş katibi Pan Ki Mun tərəfindəne dilən dəvətə ilk olaraq
ABŞ-dan reaksiya gəlib. Məsələ ilə bağlı açıqlama verən ABŞ Xarici
İşlər Nazirliyinin sözçüsü Jen Psaki İranın tam ve açıq şəkildə
"Cenevrə-1"in şərtlərini qəbul etməyəcəyi halda dəvətin ləğv
edilməsinin vacib olduğunu söyləyib. Psak "İranın, Əsəd rejiminin
öz xalqına qarşı zülmünə dəstəyindən dərin narahatlıq keçiririk.
Əgər İran Cenevrə bəyannaməsini tam ve açıq şəkildə qəbul etməzsə,
dəvət ləğv olunmalıdır" deyib.
İranın "Cenevrə-2"yə dəvət edilməsinə Suriya müxalifəti də sərt
reaksiya verib. İki gün əvvəl konfransa qatılacağını açıqlayan
müxalifət "İran varsa, biz gəlməyəcəyik" bildirib. Suriye Müxalif
və İnqilabi Güclər Koalisiyasının sözcüsü Luey es-Safi BMT baş
katibinin İranı "Cenevrə-2"yə dəvət etməsini şərh edərək "Pan Ki
Mun İrana etdiyi dəvəti ləğv etmədiyi müddətdə, müxalifətin
konfransa qatılım qərarı da təxirə salınacaq" deyib.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”