SARSIDICI XƏBƏR: Toyuna 10 gün qalmış xərçəngə tutuldu - FOTOLAR
Bizi izləyin

Dünya

SARSIDICI XƏBƏR: Toyuna 10 gün qalmış xərçəngə tutuldu - FOTOLAR

Türkan nişanlısına ayrılıq təklif etsə də, sevgilisi onun əlindən tutaraq xəstəliklə birlikdə mübarizə aparacaqlarını deyib.

Hər dəqiqənin öz hökmü var ifadəsi nahaq yerə deyilməyib. Sabah başına nə iş gələcəyini heç kim bilə bilməz. Elə Türkan kimi...

Publika.az xəbər verir ki, Türkiyədə Türkan adlı ibtidai sinif müəlliməsi toyuna 10 gün qalmış xərçəng xəstəsi olduğunu öyrənib.

Türkan toyunda geyinəcəyi gəlinliyi son dəfə yoxlamaq üçün geyinərkən sinə hissəsinin dar gəldiyini görüb. O, sinəsinin birinin digərinə nisbətən böyüdüyünü hiss edib. Əvvəlcə buna əhəmiyyət verməsə də, nişanlısı onu xəstəxanaya aparıb. Məlum olub ki, qadın xərçəng xəstəliyinə tutulub.

Türkan nişanlısına ayrılıq təklif etsə də, sevgilisi onun əlindən tutaraq xəstəliklə birlikdə mübarizə aparacaqlarını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm