Dünya
Lavrov ABŞ-ın riskli planını ifşa etdi
“İŞİD terror qruplaşmasının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçə biləcəyi ilə bağlı risk mövcuddur”.
Publika.az “RİA-Novosti” agentliiynə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Moskva İŞİD döyüşçülərinin Mosuldan Suriyaya keçidinin riskləri ilə əlaqədar vəziyyəti qiymətləndirəcək.
“Ən azından bir dəhliz qalıb. İŞİD döyüşçüləri bu dəhlizlə Mosuldan Suriyaya keçə bilər. Bu halda Suriyada İŞİD-in əlavə kontingentləri çıxacaq, Biz, əlbəttə ki, vəziyyəti qiymətləndirəcəyik və həm siyasi, həm də hərbi qərarlar qəbul edəcəyik”, - Lavrov bildirib.
O, ümid etdiyini bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya bu məsələyə diqqət yetirəcək: “Mənim bildiyim qədər, Mosul şəhəri tamamilə mühasirəyə alınmayıb. Bilmirəm, hansı səbəbdən ola bilər, sadəcə bacarmayıblar”.
Qeyd edək ki, eyni narahatlığı bu gün “Milliyyət” nəşrinin yazarı Serpil Çevikcan da ifadə edib. Onun sözlərinə görə, Mosuldan çıxarılacaq İŞİD döyüşçüləri üçün Suriya xətti açıq saxlanılıb.
Serpil Çevikcan qeyd edir ki, İŞİD döyüşçülərinin gedəcəyi yerlər arasında Türkiyə ordusu ilə Azad Suriya Ordusunun hədəfində olan Əl-Bab və İŞİD-in “paytaxt”ı Rakkanın olması daha çox ehtimal edilir. O hesab edir ki, İŞİD-in Suriyaya yönəldilməsinin əsas səbəbi Suriyada Türkiyənin təsirini azaltmaqdır.
Ömər Dağlı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc