Dünya
Netanyahu təzminat razılaşmasını təsdiqləmir, çünki...
Ankara ilə Təl-Əviv arasında “Mavi Mərmərə” hadisəsindən sonra pozulan münasibətləri qaydaya salmaq heç cür mümkün olmur.
Publika.az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsrail baş naziri Benyamin Netanyahu artıq tamamlanan təzminat razılaşmasını təsdiqləmir.
Diplomatik mənbələr baş nazirin Fələstinlə aparılan sülh müzakirələrinə görə daxili siyasətdən qaynaqlanan narahatlığın olduğunu, razılaşmanın təsdiqlənməsi ilə bağlı tərəddüd etdiyini söyləyib. Təzminat razılaşmasının mətni hər iki ölkənin baş nazirinə göndərilib. Ancaq razılaşmanı iki aydır ki, təsdiqləməkdən yayınan baş nazirin B.Netanyahu olduğu bildirilir.
Türkiyə baş nazirin köməkçisi Bülent Arınç mart ayında verdiyi açıqlamasında təzminat müzakirələrində son mərhələdə olduqlarını, bələdiyyə seçkilərindən sonra razılaşmanın imzalanması ehtimalının yüksək olduğunu ifadə etmişdi.
İsrail keçən həftə “Fəth” ilə “Həmas” arasında birləşmə barədə razılaşmanın əldə olunmasından sonra Fələstinlə sülh müzakirələri təxirə salıb.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu