Dünya
Ərdoğan hücum strategiyasını elan etdi - “Misaki Milli”- - VİDEO
“Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti yeni təhlükəsizlik strategiyanı açıqlayıb. Ərdoğan Türkiyənin artıq təhdid ünsürlərinin hücum etməsini gözləməyəcəyini, lazım olarsa, sərhəd xaricində əməliyyatlar keçirəcəyini bildirib. O, 1923-cü il siyasətinin aktuallığını itirdiyini söyləyib.
“'Biz 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayış vardır. Bu səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır”, - Türkiyə prezidenti qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Mosul əməliyyatına daxil olmasına mane olmağa çalışanlar Suriyadakı oyunlarının pozulmasından narahat olanlardır.
Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.
“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.
1926-cı ildə iraqlılarla imzalanan müqaviləyə əsasən, əgər Kərkük-Mosul bölgəsi Bağdad hakimiyyətinin əlindən çıxarsa, Türkiyə Cümhuriyyəti dərhal və qeyd-şərtsiz sözügedən ərazidə haqq sahibi olacaq.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”