Dünya
Çoxdan gözlənilən hücum belə başladı – Əsədin taleyini həll edəcək - - VİDEO
Suriya müxalifəti Hələb şəhərinin mərkəzindəki mühasirəni yarmaq üçün hökumət qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayıb.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatından bildirilib.
Suriyalı müxalif qruplar şəhər mərkəzindəki rejim mövqelərini ağır silahlarla vurmağa başlayıb. Məlumata görə, müxalifət gücləri hökumət qoşunlarının nəzarət etdiyi Hələbin qərb rayonlarına yüzlərlə raket atıb. Qeyd edilir ki, hücumda bütün müxalifət qruplaşmaları iştirak edir.
Hücuma tərkibində xeyli sayda silahlı qrup olan “Fəth Ordusu” rəhbərlik edir. “Fəth Ordusu”nun tərkibində yer alan “Ahrar'uş Şam” Bab-Neyrab hərbi aerodromunun və 1070 adlanan bölgədə rejim güclərinin qərargah kimi istifadə etdikləri ərazilərin vurulduğunu açıqlayıb.
Son məlumatlara görə, Bəşər Əsəd rejiminin əlində olan Əl-Essad bölgəsindəki nəzarət məntəqəsi müxalifət tərəfindən ələ keçirilib.
Türkiyə hərbi təyyarələri Hələb vilayətinin şimalında Suriyanın hava məkanına daxili olmağa çalışıb. Bu haqda “Sputnik” agentliyinə Suriya təhlükəsizlik güclərindəki mənbə bildirib.
Onun sözlərinə görə, ancaq Suriya və Rusiya hərbçilərinin xəbərdaredici siqnalından sonra bunun qarşısı alınıb. Mənbə bildirib ki, Suriyanın səmasına təkrar müdaxilə edəcəkləri halda, türk təyyarələri vurulacaq.
Ömər Dağlı
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər