“Tapılaraq məhv edilsin!” – Obamadan ƏMR
Bizi izləyin

Dünya

“Tapılaraq məhv edilsin!” – Obamadan ƏMR

Hərbçilərin əsas vəzifəsi “Ən-Nüsra” Cəbhəsinin liderlərini fiziki məhv etməkdir.

ABŞ prezidenti Barak Obama “Ən-Nüsra” Cəbhəsi terror qruplaşmasının liderlərinin tapılaraq məhv edilməsi barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki rəsmi şəxslərə istinadən “Washington Post” qəzeti bildirib.

Mənbələr qeyd ediblər ki, Obamanın göstərişi ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Suriyanın şimal-qərbində pilotsuz təyyarələrin tətbiqini genişləndirməyə imkan verib. Burada terrorçuların böyük gücləri cəmlənib. Hərbçilərin əsas vəzifəsi “Ən-Nüsra” Cəbhəsinin liderlərini fiziki məhv etməkdir.

Nəşr qeyd edir ki, Obamanın göstərir ki, Vaşinqtonun niyyəti ilk növbədə Bəşər Əsədin istefası deyil, Suriyada terrorizmə qalib gəlməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm