Dünya
Obama: "Marixuana spirtli içkidən daha təhlükəsizdir"
ABŞ prezidenti Barak Obama deyir ki, o, marixuananın spirtli içkilərin istehsalından daha təhlükəsiz olduğunu düşünür. Ancaq prezident öz qızlarına deyib ki, marixuana kimi maddələrdən istifadəni dəstəkləmir.
Publika.Az-ın veridyi xəbərə görə, "Nyu Yorker"
jurnalına geniş müsahibəsində cənab Obama cavanlıqda marixuana
çəkdiyini etiraf edib və bunun çox pis vərdiş və günah olduğunu
indi anladığını deyib. Ancaq o bildirib ki, belə maddələri çəkmə
ilə siqarət çəkmə vərdişi arasında heç bir fərqi yoxdur. O bunu
uzun müddət siqarət çəkmiş bir insan kimi söylədiyini
vurğulayıb.
Prezident Obama deyib ki, fərdi istehlakçılara təsiri baxımından
marixuana spirtli içki qədər təhlükəli deyil. Ancaq o, bunların heç
birini məsləhət görmədini də dilə gətirib.
Xatırladaq ki, Birləşmiş Ştatlar marixuananın cinayət tərkibi və
istifadəsi barədə debatları davam etdirir. Federal qanunlar hələ
belə maddələri qeyri-qanuni hesab etsə də, bəzi ştatlar artıq
onlardan tibbi məqsədlərlə istifadəyə, Kolorado və Vaşinqton
ştatları isə daha irəli gedərək marixuananın ictimai satışına icazə
verib.
İsmayıl
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO