Dünya
Türkiyəli nazir: “Hakan Şükürlə bağlı məsələ bitdi”
Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç Türkiyədə dövlət çevrilişinə cəhd göstərən FETÖ təşkilatına kömək etməkdə günahlandırılan Hakan Şükür barədə danışıb.
Publika.az xəbər verir ki, nazir yerli mətbuata açıqlamasında "Qalatasaray"ın və Türkiyə millisinin sabiq futbolçusu Hakan Şükürlə bağlı məsələnin bitdiyini deyib:
“Nə olduğu ortaya çıxdığı halda, hələ də bu təşkilatın yanında yer alanlarla bizim heç bir əlaqəmiz ola bilməz. Məsələn, Hakan Şükür… Bir vaxtlar türk futbolunda uğurlar əldə etmiş biridi. Ancaq dövlətə və millətə xəyanət edənlərin yanındasızsa, siz də onlarla əlbir sayılırsız və bu məsələ bitmiş sayılır”.
Xatırladaq ki, Türkiyədə Hakan Şükür barədə həbs qərarı verilib. O, FETÖ təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verməkdə ittiham olunur. Hakan Şükür özü isə hazırda ABŞ-da yaşayır.
-
Magazin120:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...
-
Magazin219:36
38 yaşlı məşhur aktrisa vəfat etdi - FOTOLAR
-
Elm və təhsil19:20
9 rəhbər şəxs vəzifəsindən azad olundu
-
Sağlamlıq19:00
Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Avropa18:00
Rusiya-Ukrayna müharibəsindəki həqiqət üzə çıxdı
-
Sosial17:45
Əli Əsədov yeni qərar imzaladı