Rəisinin ölümü ilə bağlı bu versiya TƏKZİB OLUNDU
Bizi izləyin

Region

Rəisinin ölümü ilə bağlı bu versiya TƏKZİB OLUNDU

İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat əməliyyatları nəticəsində partladılması ilə bağlı fərziyyə istisna edilib.

Publika.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının ikinci hesabatında bildirilib.

“Tədqiqatın nəticələrinə görə, helikopterin parçaları arasındakı məsafəyə və onların səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya təpənin yamacına dəyməyə bir neçə saniyə qalmış təxribat nəticəsində partlayışın baş verməsi ehtimalı istisna edilir. İxtisaslaşmış ekspertlər qəzaya uğrayan helikopterdə elektron döyüş texnikasının izlərinə rast gəlməyib”, - hesabatın mətnində qeyd olunub.

Bundan əvvəl Baş Qərargahın qəza ilə bağlı birinci hesabatında gözətçi qülləsinin uçuş heyəti ilə danışıqlarında heç bir şübhəli hal müşahidə edilmədiyi vurğulanmışdı.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 may tarixində baş verən helikopter qəzasında həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm