Toy kortejinin avtomobilləri cərimə meydançasına aparıldı
Bizi izləyin

Dünya

Toy kortejinin avtomobilləri cərimə meydançasına aparıldı

Radikal qərar yol-nəqliyyat qəzası ilə bağlı iki videoya baxıldıqdan sonra verilib.

Rusiya Federasiyasının İnquşetiya Respublikasının hakimiyyəti yol hərəkət qaydalarını pozan toy kortejlərindəki avtomobilləri cərimə meydançasına göndərməyə başlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov belə radikal qərarı yol-nəqliyyat qəzası ilə bağlı iki videoya baxdıqdan sonra verib.

Respublikanın başçısı iyulda bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün toy kortejlərini üç-dörd maşına qədər azaltmaq lazımdır. İnquşetiya Təhlükəsizlik Şurasının katibi Əhməd Dzeytovun bu ay verdiyi hesabata görə, respublikanın hüquq-mühafizə orqanları toy kortejlərinin hərəkətinin izləyərkən qayda pozuntularını qeydə alıblar. Bir neçə avtomobil cərimə meydançasına göndərilib.

Yol-nəqliyyat hadisələri və cərimə meydançasına göndərilən avtomobillərin sayı açıqlanmayıb.

Bu, İnquşetiya hakimiyyətinin toy kortejləri ilə mübarizə üzrə birinci cəhdi deyil. 2013-cü ildə də Yevkurov toy kortejlərinin yollarda qəza vəziyyəti yaratmasına və sürət rejimini pozmasına diqqəti yönəldirdi.

Rusiya mediasının yazdığına görə, Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğlu toyunu İnquşetiyada etməyi bacarmazdı. Çünki, onun toy korteji 100 elit xarici avtomobildən ibarət idi. Jurnalistlərin hesablamalarına görə, kortejin dəyəri milyard rublu (təxminən 15,7 milyon dollar) ötürdü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm