“Mehmetcik”dən böyük uğur: nəzarət tam təmin edildi
Bizi izləyin

Dünya

“Mehmetcik”dən böyük uğur: nəzarət tam təmin edildi

Son əməliyyatda İŞİD-in 15 üzvü öldürülüb, terror təşkilatının 48 hədəfi məhv edilib.

Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl Bab-Hələb yolunda nəzarəti tam təmin edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş qərargahından bildirilib.

Açıqlamada deyilir ki, son əməliyyatda İŞİD-in 15 üzvü öldürülüb, terror təşkilatının 48 hədəfi məhv edilib.

Həmçinin bildirilir ki, İŞİD terrorçuları Əl Bab əməliyyatını həyata keçirən türk əsgərlərinə hücum edib. Hücumda 6 əsgər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm