Dünya
Putin Odessada ölənlərin ailəsinə başsağlığı verdi
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa
vilayətində ölənlərin ailəsinə başsağlığı verir. Bu barədə
jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri
Peskov deyib.
Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq təcrübəyə əsasən
rəsmi Kiyevə başsağlığı vermək mümkün deyil. Çünki hazırda Ukrayna
hökuməti mövcud deyil.
“Lakin Vladimir Putin Odessada silahlı toqquşmalar və həmkarlar
ittifaqının ofisində baş vermiş yanğın zamanı ölənlərin yaxınlarına
başsağlığı verir”, deyə D.Peskob bildirib. O, bildirib ki, Odessada
baş verən faciədən sonra Ukraynanın cənub şərqində yaşayan
insanları tərksilah etmək mümkün olmayacaq. Çünki onların həyatı
təhlükə altındadır.
“Putinə Ukraynadakı vəziyyət barədə kəşfiyyat mütəmadi hesabat
verir. Eyni zamanda digər dövlət strukturlarından məlumatlar daxil
olur. Putin baş verənləri mediadan da izləyir. Kremldə bir neçə
qaynar xətt telefonları yaradılıb və Ukraynanın şərqindən bu
telefonlara on minlərlə zəng gəlir. İnsanların çoxusu çarəsizlik
içindədir və kömək üçün yalvarır”, D.Peskov deyib.
Dmitri Peskovun sözlərinə görə Ukraynanın cənub şərqində baş
verənlərə görə məsuliyyəti “Kiyev xuntası” və onların Qərbdəki
sponsorları daşıyır. /Ans/
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?