Dünya
Bir uşağın qiyməti 4,4 min dollar - Cinayətkar şəbəkə ifşa edildi
Hindistan polisi uşaq ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanı ifşa edib.
Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri bildirib.
Mumbayda beş qadın və bir kişi saxlanılıb. Onlar uşaqları övladı olmayan cütlüklərə satırdılar. Polis hesab edir ki, bu, böyük cinayətkar şəbəkənin yalnız bir hissəsidir. Polis şəbəkənin güman edilən digər üzvlərinin axtarışlarını davam etdirir.
Polis həmçinin satılan uşaqların taleyini aydınlaşdırmağa çalışır.
Məlumata görə, cinayətkar şəbəkənin izinə uşaqları oğurlanan valideynlərin polisə müraciətindən sonra düşmək mümkün olub. Polis uşaq oğrusunun marşrutunu izləyərək onu Qoa ştatında saxlayıblar. Daha sonra onun cinayət yoldaşları tutulub. Onlar etiraf ediblər ki, uşaqları orta hesabla 300 min rupiyə (təxminən 4,4 min dollar) satırdılar. Cinayətkarlar 2016-cı il ərzində beş uşağı oğurlayaraq satıblar.
Qeyd edək ki, uşaqların oğurlanaraq satılması Hindistanda gəlirli biznes sahəsidir. Bir qayda olaraq, oğurlanmış uşaqları gizli fabriklərə, ev qulluqçuları kimi istifadə olunması üçün zəngin ailələrə, həmçinin sonsuz cütlüklərə satırlar. Polisin məlumatına görə, 2015-ci ildə ölkədə 80 mindən çox uşaq oğurlanıb.
Ömər Dağlı
-
Magazin221:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin120:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
-
Magazin219:12
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
-
Hadisə19:00
Ucarda ağır qəza CAN ALDI
-
Kriminal18:24
Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldular - Biri anasıdır
-
Sosial18:00
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...
-
Sosial17:38
Prezident təqaüdünə layiq görülən tələbələr - FOTO