Dünya
Seperatçıları Viktor Yanukoviçin yaxın ətrafı da maliyyələşdirir – Rəsmi iddia
“Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyatlar davam edəcək və öz nəticələrini verəcək”.
Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov “Kanal 5”ə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, digər regionlarda seperatizm hərəkətlərinə mane olmaq üçün Daxili İşlər Nazirliyinin tərkibində xüsusi bölmələr yaradılır. Ali Rada sədri artıq yeddi bu cür batalyonun yaradıldığını deyib.
Ölkənin şərq regionlarında terrorçuluğa qarşı əməliyyatların ağır olduğunu deyən A.Turçinov bunu yerli əhalinin separatçıları dəstəkləməsi ilə izah edib. O, bəzi milis əməkdaşlarının da separatçılara rəğbət bəslədiyini dilə gətirib. Çıxış yolunun hüquq-mühafizə strukturlarının tamamilə yenilənməsindən keçdiyini deyən prezident səlahiyyətlərinin icraçısı qeyri-qanuni hərəkətlərə yol verən milis əməkdaşlarına qarşı cinayət işinin açılacağını qeyd edib. Ali Rada sədri ölkənin cənubi-şərq regionlarında vətənpərvərlərin hesabına milisin güclənəcəyini vurğulayıb.
A.Turçinov həmçinin qeyd etdi ki, Ukrayna Təhlükəsizlik Xidməti hazırda separatizm hərəkətləri və diversantların maliyyələşdirilməsinin lokallaşdırılması ilə məşğuldur. O, maliyyələşmədə keçmiş prezident Viktor Yanukoviçin yaxın ətrafının da iştirak etdiyini dilə gətirib.
Ömər Dağlı
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi