Dünya
Yanukoviç Maydan qətllərinin təşkilatçılarını açıqladı
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında Maydan hadisələri zamanı insanların həlak olmasında yeni hakimiyyətinin iştirakı barədə sübutları ölkənin hüquq-mühafizə orqanlarına verməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu haqda sabiq prezident “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.,
“Yeni sübutlardan söhbət gedir. Biz bir sıra sənədləri Ukraynanın hüquq-mühafizə orqanlarına verməyə hazırlaşırıq. Amma əsas şahidlər öz təhlükəsizliyi ilə bağlı narahatdırlar və Maydanda qətllərin bilavasitə təşkilatçılarının rəhbərlik etdiyi Ukrayna istintaqına ifadə verməyə hazır deyillər”, - deyə Yanukoviç bildirib.
Onun sözlərinə görə, 2016-cı il noyabrın 28-də video konfransın gedişatında Ukrayna hüquq-mühafizə orqanlarına ifadə verməyə hazır idi:
“Ancaq Ukrayna Baş prokurorluğu bundan qəti surətdə imtina edir. Həqiqəti eşitməyə qorxurlar. Rostov məhkəməsində bu yaxınlarda mənim şahid kimi dindirilməyimi xatırlayın. Prosesi hər cür pozmağa çalışırdılar. İndiki hakimiyyət həqiqətin üzə çıxmasına maraqlı deyil”.
Yanukoviçin sözlərinə görə, bu gün artıq bir çoxları Maydanda qətllərin kimlərə əlverişli olduğunu və onların arxasında kimin dayandığını anlayır:
“Bunlar Ukrayna hakimiyyətinin ən yüksək vəzifəli şəxsləridir: Ali Radanın spikeri Aleksandr Turçinov, birinci vitse-spiker Andrey Parubiy, Ali Radanın deputatı Sergey Paşinskiy və onların şərikləri”.
Ömər Dağlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı