Kremldə vətəndaş müharibəsi, yoxsa ABŞ-a verilən qurban? - VERSİYALAR
Bizi izləyin

Dünya

Kremldə vətəndaş müharibəsi, yoxsa ABŞ-a verilən qurban? - VERSİYALAR

“Mümkündür ki, ABŞ-dakı prezident seçkilərinə kiber hücumlara görə məsuliyyəti qrupun üzərinə atmağa çalışırlar”.

Kremlin müxtəlif “qalalar”ı və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) daxilində faktiki olaraq vətəndaş müharibəsi gedir.

Publika.az Ukraynanın “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müxalifət siyasətçisi Olqa Kurnosova deyib.

Onun sözlərinə görə, “Şaltay-Boltay” haker qrupu ətrafındakı vəziyyət də bunu göstərir.

“Şaltay-Boltay” haker qrupuna qarşı iş ətrafındakı vəziyyət Kremlin müxtəlif qalaları arasında mübarizənin nəticəsidir. Haker qrupu “Novorossiya” layihəsi ilə sıx işləyən oliqarx Konstantin Malofeyevə qarşı çıxırdı. Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin şərti qalası prezident Vladimir Putinin köməkçisi Vladislav Surkovun şərti qalasına zərbə vurdu. Bu Federal Təhlükəsizlik Xidmətinin özünün daxilində müharibənin göstəricisidir. Və Rusiyada vəziyyətin çətinləşdirilməsi nöqteyi-nəzərindən, bu, sözsüz ki, yaxşıdır”, - deyə Kurnosova qeyd edib.

Onun sözlərinə görə, haker qrupuna qarşı işdə başqa həqiqi versiya da var:

“Mümkündür ki, ABŞ-dakı prezident seçkilərinə kiber hücumlara görə məsuliyyəti qrupun üzərinə atmağa çalışırlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm