Dünya
Moskvada MƏXFİ GÖRÜŞ: böyük müharibənin qarşısını kim və necə aldı?
2015-ci il noyabrın 24-də Rusiya təyyarəsinin Türkiyə
tərəfindən vurulmasından sonra iki ölkə müharibənin kandarına qədər
gəlib çıxdı. Lakin təxminən 9 aylıq gərginlikdən sonra barışıq əldə
olundu və bu gün Moskva ilə Ankara bir çox məsələdə birgə hərəkət
edirlər. İki ölkənin münasibətlərinin düzəldilməsində Kremlin
ideoloqu, Avrasiya hərəkatının lideri Aleksandr Duqinin mühüm rol
oynadığı da artıq təsdiqlənib. Lakin həmin vaxt proseslərin necə
cərəyan etdiyi haqda yeni detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, “Bloomberg” nəşri türk
mənbələrinə istinadən Duqinin iki ölkənin münasibətlərini düzəltmək
üçün hansı addımlar atdığını yazıb.
Məlumata görə, Duqin əlaqələrindən istifadə edərək, Rusiya
prezidenti Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğana “təhlükəli düşmənçiliyi” bir kənara atmağa kömək edib.
Türkiyə kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Pekin nəşrə danışır
ki, türk zabitləri ilə rus zabitlərin görüşünü də məhz Duqin təşkil
edib.
Onun sözlərinə görə, Türkiyənin “Vətən” Partiyasının (rəhbəri Doğu
Perinçəkdir - red.) beş nümayəndəsi Moskvaya gəldilər.
“Onlar istefaya çıxmış general və admirallar idi. Dörd gün Moskvada
qaldılar. Səfər zaman onlar “Sarqrad” telekanalının banisi, oliqarx
Konstantin Malofeyevlə görüşdülər. Bu görüş məxfi otaqda baş tutdu.
Duqin Malofeyevi “Putinin sağ əli” kimi təqdim etdi. O, türk
nümayəndələrini inandırdı ki, Malofeyevlə danışmaları Rusiya
prezidenti ilə birbaşa danışmaları kimi bir şeydir. Türk
nümayəndələri Malofeyevə izah etdi ki, rus təyyarəsinin
vurulmasında Ərdoğan məsuliyyət daşımır. Bu iş türk ordusu içindəki
güclər tərəfindən həyata keçirilib. Onlar qeyd etdilər ki, bu
məsələ ilə bağlı araşdırmalar aparılır və Ərdoğan üzr istəyəcək.
Duqin bu məlumatları Rusiya məmurlarına verdi. Duqin və Malofeyev
öz növbələrində türk nümayəndələrinə xəbərdarlıq etdilər ki, 16
iyul gecəsi Türkiyədə hərbi qiyam cəhdi ola bilər”, - deyə keçmiş
kəşfiyyat rəhbəri vurğulayıb.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?