Rusiyada istefalar başlandı: “üsyankar”lar sıradan çıxarılır?
Bizi izləyin

Dünya

Rusiyada istefalar başlandı: “üsyankar”lar sıradan çıxarılır?

Bu qərar ötən həftə müzakirə edilib.

Rusiyada yaxın günlərdə beş qubernatorun istefası reallaşa bilər.

Publika.az xəbər verir ki, bu haqda Kremlə yaxın mənbəyə istinadən “Vedomosti” qəzeti yazıb.

“Kremlin daxili siyasət bloku prezident seçkiləri ərəfəsində problemli regionlarda siyasi vəziyyətin yaxşılaşdırılması üçün sentyabr seçkilərindən istifadə etməyə ümid edir. İlk addım, gözlənildiyi kimi, yaxın günlərdə beş qubernatorun istefası haqqında elan olacaq”, - deyə nəşr qeyd edib.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bu qərar ötən həftə müzakirə edilib.

“Diqqət altında Kareliya, Ryazan, Sverdlovsk, Novqorod və İvanovski vilayətləri, həmçinin Perm diyarı və Buryatiya Respublikasıdır: vəziyyət bu regionlarda çətin və ən sürətli qərarların qəbul olunmasını tələb edir”, - Kremlə yaxın başqa həmsöhbət əlavə edib.

Mənbənin sözlərinə görə, əvəzetmələr hər yerdə gözlənilmir.

“İnterfaks” nəşrinin yazdığına görə, ilk istefa artıq reallaşıb. Perm diyarının qubernatoru Viktor Basarqin istefasını elan edib.

“Mənim vəkalət müddətim mayda başa çatır. Səlahiyyətlərin vaxtından dayandırılması haqqında prezidentə müraciət etməyi lazım hesab edirəm. Sentyabra qədər bir az vaxt qalıb. Qubernator vəzifəsinə prezident tərəfindən irəli sürülmüş namizəd Perm diyarının şərtlərinə uyğunlaşmalı, sakinlərlə, regionun siyasi və ictimai hərəkatları ilə qarşılıqlı münasibət qurmalıdır”, - deyə o, jurnalistlərə bildirib.

Basarqin 2012-ci ilin mayından Perm diyarının qubernatoru vəzifəsini tuturdu.

Qeyd edək ki, 2017-ci il sentyabrın 10-da Rusiyada qubernator seçkiləri və Rusiya Dövlət Dumasına birmandatlı dairələr üzrə seçkilər keçiriləcək.

2016-cı ilin noyabrında Kremldəki mənbələrə istinadən RBK agentliyi yazıb ki, Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.

Xüsusi halda, qubernatorları “sındırmadan” regionlarla daha yumşaq münasibətlərin qurulması ehtiyacından söhbət gedir. “Kremldə ehtiyat edirlər ki, iqtisadi böhran şəraitində separatizm baş qaldıra bilər”, - RBK-nin həmsöhbətlərindən biri deyib. Məlumata görə, Kiriyenko seçkilərlə əlaqədar ekspertlərlə görüşlər seriyasını keçirir. O, noyabrın 1-də siyasi texnoloqlarla görüşüb. Görüşdə siyasi sistemin sabitliyi haqqında müzakirələr aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm