Dünya
Camaatla CHP yaxınlaşır - Fətullah Güləndən ilk müsahibə
Türkiyədə 17 dekabr olaylarından sonra camaatın dini lideri
Fətullah Gülən ilk dəfə mediaya müsahibə verib. Publika.Az F. Gülənin “The Wall Street
Journal”-a verdiyi müsahibəni təqdim edir.
- Baş nazir son zamanlar sizə və Xidmət təşkilatına qarşı
tez-tez hücuma keçdi. Artıq AKP ilə ittifaqınız tamamilə sona
çatdı?
-Əgər bir ittifaqdan bəhs ediləcəksə, bu, demokratiya, insan
haqları və azadlıqların ətrafında olur, siyasi partiya və ya
namizədlər üçün olmaz. 2010-cu ildəki konstitusiya referendumunda
Avropa Birliyinə üzvlük şərtlərinə paralel olaraq həyata keçirilən
islahatlar daha öncə CHP etsəydi, onları dəstəkləyəcəyimi
söyləmişdim.
Xidmət üzvləri də daxil olmaqla türk xalqının böyük kəsimi
demokratikləşdiermə islahatları həyata keçirdiyi, ordunun
siyasətçilər üzərindəki təsirinə son qoyduğu və Türkiyəni AB-yə
daxil olmaq mərhələsində qabağa apardığı üçün AKP-ni dəstəklədi.
Doğru olduğuna inandığımız və demokratik ölkələrlə paraleldə olan
şeyləri hər zaman dəstəklədik. Amma eyni zamanda yanlış olaraq
gördüyümüz və bu ölkələrə tərs olan şeyləri tənqid etdik.
Dəyərlərimiz və mövqeyimiz dəyişmədi. Demokratiyanın müdafiəçiləri
olmağa davam edəcəyik. Siyasi aktorların əvvəlki mövqelərinə uyğun
mövqeyi və işləri ilə bağlı qərarı türk xalqı və tərəfsiz
müşahidəçilər tərəfindən verilməlidir.
-Ərdoğanla 10 illik bir ittifaq qurdunuz. Liderliyi
dövründə sizi ən çox incidən şey nə oldu?
-Təkrara dəqiqləşdirək, ittifaqdan bəhs ediləcəksə, bu dəyərlər və
ölkələr ətrafında olur. AKP hakimiyyəti boyunca demokratikləşmə
islahatlarını dəstəklədik. Anti-demokrat hərəkətləri tənqid etdik
və bunlara qarşı çıxdıq. Misal üçün, 2005-ci ildə terror
cinayətlərini genişlədəcək və azadlıqları riskə atacağı üçün
anti-terror qərarını pislədik.
2003 və 2010-cu ildə ümumi vəziyyət demokratik islahatlara
yönəlik oldu və türk xalqının böyük kəsimi bu islahatları
dəstəklədi. 2010-cu ildəki konstitusiya referendumunda 58 faiz səs
“bəli” olması buna sübutdur. Bundan başqa Türkiyə ötən 15 ildə
iqtisadi və demokratik alması irəliləyişə nail olub.
Bu demokratikləşmə islahatlarının davam etməsini istəyərdik.
2010-cı ildəki konstitusiya dəyişiklərini “yaxşı ancaq yetərli
deyil” sloqanı ilə dəstəkləyən türk xalqı keçə son iki il içində
demokratik irəliləmənin tərsinə getməsindən narahatdır. Yeni, sivil
və demokratik bir konstitusiya demokratik inkişafı yaxşılaşdıracaq
və Türkiyəni AB-nin demokratik dəyərlərinə bağlayacaq. Təəssüf ki,
bu cəhdlər hazırda edilmir.
-Baş nazirin polisdəki rəhbər dəyişikliklərini necə
dəyərləndirirsiniz?
-Polis gücünün üzvləri və ya hökumətin digər üzvləri ölkənin
qanunları, yaxud da qurumların qaydalarını pozarsa heç kim bu tərz
hərəkətləri müdafiə etməz və bu hərəkətlər qanun və təşkilati
istintaqa cəlb edilməlidir. Lakin bu adamlar qanundan kənar bir şey
etməyiblərsə və qurumların qaydalarını pozmayıblarsa və sadəcə
sahib olduqlarını dünya görüşləri və ya meylləri səbəbindən
ayrı-seçkiliyə məruz qalırlarsa bu tərz davranışlar demokratiyaya,
qanunlara və insan haqlarına ziddir.
sahib olduqları ideologiya və dünya görüşləri, duyduqları simpatiya
səbəbindən adamların yerlərini dəyişdirmək indiki iqtidar
partiyasının keçmişdə seçkilər öncəsi son verəcəyi ilə bağlı
verdiyi vədlərdir. Bir neçə ay öncəyə qədər qəhrəman olaraq
alqışlanan məhkəmə və polis gücü üzvlərinin istintaq edilmədən
qışın ortasında yerlərini dəyişdirmək də ironik bir
vəziyyətdir.
-Xidmət təşkilatının tələbələrini polis və məhkəmədə
karyera qurmaq istəyinə sövq edən səbəb nədir?
-Əvvəlcə sualda düzəliş edək. Yalnız şəxsi müdafiəm ilə bağlı
danışa bilərəm və bu müdafiəm ümumi olaraq bütün türk xalqınmı
əhatə edir. Cəmiyyət üçün sağlam tellər düzəltmək və şəxsiyyətlər
yetişdirmək üçün ən yaxşı yolun hər zaman təhsil olduğuna inandım.
Hər sosial problem şəxsiyyətdən başlayır və uzun müddətdə şəxsiyyət
səviyyəsində həll edilir. Şəxsiyyətlər laqeydlik göstərəndə
sistematik, təşkilati və siyasi həll yolları bacarıqsız olmağa
məhkumdur. Bu səbəblə mənim ilk və ən birinci təhsilin
tərəfindəyəm.
Buna görə də mənimlə eyni düşüncələrə sahib olanlar yurdlar,
hazırlıq kursları, özəl məktəblər və ödənişsiz özəl təhsil
mərkəzləri yaradırlar. Bu təşkilatlar cəmiyyətin geniş kəsiminin
keyfiyyətli təhsil almasını təmin edir ki, indiyə qədər keyfiyyətli
təhsil almaq imkanı bir neçə şəxsə məxsus idi.
Türk xalqının, cəmiyyətinin bütün kəsimləri və ölkənin bütün
qurumları içində təmsil olunmağı təşviq etdim. Çünki bu qurumların
cəmiyyətdəki müxtəlifliyi əks etdirməsi önəmlidir. Lakin tələbələr
və ailələr tərəfindən edilən seçimlər bir çox faktora görə
şəkillənir. Bu faktorlar içindəki məşğulluq məsələsi və karyerada
yüksəlmək ehtimalları üstün tutulur. Mənim müdafiə etdiklərimin bu
ailələrin dəyərləndirdiyi bu faktor olaraq nə qədər təsirli
olduğuna əmin deyiləm.
Xidmət üzvləri tərəfindən açılan qurumlara gəlincə, məzunların
karyera seçimləri ilə bağlı tam bir reallaşdırmağa sahib deyiləm.
Ancaq düşündüyünüzün əksinə bəhs etdiyimiz sahələrdə-polis və ya
məhkəmə-kariyera qurmağı düşünən tələbələr üçün potensial səbəb, bu
qurumlardan məzun olduqları üçün tarix boyunca ayrı-seçkiliyə məruz
qalmaları ola bilər.
-Hökumət dövlət çevrilişi planlamaqda ittiham olunana
əsgərlərin məhkəmə qərarlarını yenidən gözdən keçirə biləcəyini
açıqlayıb. Tərəfdarlarınıza qarşı yeni bir ittifaq qurduqlarından
narahat deyilsiniz? Buna qarşı strategiyanız
nədir?
- Qanunla müəyyən olunmuş vaxt çərçivəsində, yeni dəlillər və ya yanlış olduğu ilə bağlı sübutların ortaya çıxdığı vəziyyətdə yenidən mühakimə edilmək insan haqqıdır. Yeni dəlillər ortaya çıxarsa və ya qanunla verilmiş cəzanın qüsurlu olduğu anlaşılarsa yenidən mühakimə edilmək qanunla müəyyən olunmuş hüquqdur. Heç kim məsum bir insanın haqsız yerə cəzalandırılmasını istəməz.
Ancaq niyyət minlərlə məhkəmənin hökmlərini tamamilə ləğv
etməkdirsə, bu tərz davranış məhkəmə sisteminin etibarlılığına
zərər verməklə yanaşı, son on ildə əldə edilmiş demokratik inkişafa
da ziddir. Belə bir hərəkəti türk tarixində ilk dəfə çevriliş
cəhdində olanların sivil məhkəmədə mühakimə edilməsini təmin edən
2010-cu il konstitusiyasına “bəli” demiş xalqın 58 faizinə də
açıqlamaq çətin olar. Eyni zamanda illərlə bu məhkəmələri
demokratiyanın bir zəfəri olaraq təqdim edən və bu mühakimələrdə
yer alan prokuror və hakimləri alqışlayan indiki hökumət də gülünc
vəziyyətə düşər. Ordu idarəçiliyini sivil nüfuz qarşısında boyun
əydirdikləri üçün siyasi liderlərin öyündüyü barədə də xəbərlər
yayıldı. Bu məhkəmələrin doğru qərarlar vermədiyini və bir qrupa
bağlı olduğunu iddia edən siyasi liderlər on illik idarəçilikləri
boyunca dediklərinə tamamilə təzaddır. Burada bir səmimiyyətsizlik
var. KCP/PKK təşkilatlarının terror aktlarında kəşfiyyat üzvlərinin
qatılması ilə bağlı bir prokurorun Milli İstihbarat Təşkilatı
sədrini istintaqa cəlb etməsinin ardınca çıxarılan bir qanunla
sədrlə bağlı istintaq üçün Baş nazirin icazəsinin alınması ortaya
atıldı. Hər nə qədər iqtidar partiyasının buna gücü çatsa da,
ittiham olunan qərargah rəisi və ya ordu komandirlərinə eyni
müdafiəsi üçün qanunu dəyişmədilər. Bu uyğunsuzluq əsgərlərin
yenidən mühakimə edilməsi ilə bağlı ədaləti təmin etməkdən çox
siyasi motivasiya olduğunu göstərir.
Əgər tətbiq edilərsə, bu hərəkət son on ildəki demokratik
islahatlara zərbə endirmək olar. Demokratik qurumlar üzərində ordu
təsirinin qaldırılması üçün atılan addımlarda dramatik bir dönüş
olar. türk tarixində yarım yüz il içində seçilmişı dörd hökumətə
əsgər müdaxiləsi ilə son qoyuldu.
-Hökumət Ergenokonda olduğundan fərqli olaraq Koçdan
Doğana qədər bir qisim biznesmenleri hədəfə aldı, vergi cəzaları
ilə vurdu. Son proseslərin işığında Xidmət tərəfdarlarının
rəhbərlik etdiyi firmalara yönəlik təhdid
görürsünüzmü?
-Yayılan xəbərlərə baxdığımda dediyiniz məsələnin təhlükə olmaqdan
çıxıb bir reallığa döndüyünü öyrənirəm. Koza qrup, İstikbal qrup və
Asiya Bankı. Müxtəlif yoxlamalarla, cəzalarla, verilmiş icazələrin
ləğvi ilə hədəfə alınıb. Asiya Bankda yaşanan nəhəng fond çıxışları
iqtidar partiyasına yaxın xəbər kanallarının mənfi imic yaratmaq
məqsədi daşıyan xəbər kampaniyalarından sonra reallaşdı.
-Prezident Gül mühafizəkarlardan liberallara və Xidmət
təşkilatına qədər fərqli kəsimləri bir yerə toplaya biləcək lider
kimi görünür. Gül liderliyindəki bir AKP-ni dəstəkləyərdiniz, yoxsa
prezident olaraq ölkəyə daha çox kömək edə biləcəyini düşünürsünüz?
Ərdoğan ilə müqayisə edildiyində Güldə daha müsbət bir tərəf tapa
bilirsiniz?
-Hər zaman bütün siyasi partiyalara eyni yaxınlığı göstərməyə
çalışdıq. Bir ictimai hərəkat olaraq heç vaxt bir partiyanı, yaxud
namizədi dətəkləmədik. Lakin Xidmət içində fərdlər bəzi partiyaları
öz inanclarına və dəyərlərinə daha yaxın görərək öz azad iradələri
ilə onları dəstəklədi. Gül hazırda bizim prezidentimizdir. Adının
yer aldığı gələcəkdəki ssenarilər ilə bağlı spekulyasiyalar etmək
doğru olmaz.
-Media içində bir çox dəstəkçiniz son həftələrdə CHP ilə
bağlı daha pozitiv yanaşma sərgiləyir. Gələcək seçimlərdə CHP və
Xidmət arasında bir ittifaq ola bilərmi?
-Bir siyasi partiya və ya namizədlə ittifaq qurmadıq. Dəstəyimiz ya da tənqidimiz hər zaman dəyərlər ətrafında olur. Bu tərz bir ittifaq gələcəkdə də olmayacaq. Bir ictimai təşkilat aktoru olaraq cəmiyyətdəki hər kəsə açıq olmaq məcburiyyətindəyik. Lakin dəyərlərimiz konkretdir. Demokratiya, universal insan haqları və azadlıqlar, şəffaf və məsuliyyətli hökumətlər bu dəyərlərimi arasındadır.
Fürsət düşdükdə Xidmət üzvləri digər vətəndaşları kimi dəyərləri
çərçivəsində qərarlarını verəcəkdir. Təməl dəyərləri bölüşən
insanların edəcəyi seçimlər eyni cizgidə ola bilər.
Asif Nərimanlı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ