Axtarışda olan terrorçu görün atlara nə edirmiş: Cinsi istismar edərkən həbs olundu
Bizi izləyin

Dünya

Axtarışda olan terrorçu görün atlara nə edirmiş: Cinsi istismar edərkən həbs olundu

Terror təşkilatı PKK-ya üzv olduğu üçün Türkiyədə axtarışda olan Senanik Öner adlı terrorçu qaçdığı İsveçdə atlara qarşı cinsi istismar və polisə bıçaqla hücum etdiyi üçün həbs edilib.

Publika.az xəbər verir ki, Helsinqborq Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Önerin atlara qarşı cinsi istismarının tövlə sahibinin təhlükəsizlik kameralarından şübhəli bir şəxsi görməsi ilə üzə çıxdığı bildirilib.
Xəbər üzərinə hadisə yerinə gələn polis qruplarına bıçaqla hücum edən Öner həbs olunub.

Prokurorluq tərəfindən həbs edilən Önerin sığınacaq üçün müraciət etdiyi İsveçdən 10 il müddətinə ölkəyə girməmək şərti ilə deportasiya edilməsi də istənilir. İsveç mətbuatının yazdığına görə, Öner ittihamlara görə 30 il həbs cəzası ala bilər.

Digər tərəfdən terror təşkilatı PKK-ya üzv olduğu üçün Türkiyə tərəfindən axtarışda olan Önerin BDP-nin Mardinin Kızıltəpə mahalında bələdiyyə sədr müavini olarkən saxlandığı və təsdiq prosesi zamanı xaricə qaçdığı bildirilir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm