Türkiyənin döyüş planları ABŞ-ın əlinə keçdi: gizli arxiv oğurlanıb
Bizi izləyin

Dünya

Türkiyənin döyüş planları ABŞ-ın əlinə keçdi: gizli arxiv oğurlanıb

Həyati dərəcədə əhəmiyyətə sahib çox gizli dövlət sirri olan 320 rəqəmsal məlumat oğurlanıb.

Fəthullahçı Terror Təşkilatı (FETÖ) Türkiyənin döyüş planlarına aid gizli sənədləri oğurlayıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Milliyyət” nəşri yazıb.

Məlumata görə, FETÖ polkovnik Baki Kaya üçün oyun qurub. FETÖ 2009-cu ildə Səfərbərlik Tədqiq Təşkilatındakı “Kosmik Oda”nı (gizli otaq) açdıraraq dövlətin arxivini oğurlayıb. Gizli sənədlər arasında Türkiyə Milli Strategiyalar və Hərəkat Dairəsinə bağlı "Ağ qüvvələr"in üzvlərinin adları da var idi.

“Kosmik Oda”dan yoxa çıxan döyüş planları Xüsusi Səlahiyyətli prokurorların əli ilə FETÖ-yə verilib. Sənədləri qəbul edən FETÖ-çülərdən biri TÜBİTAK-ın (Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı) keçmiş işçisi Ünal Tatardır. Tatar əldə etdiyi sənədləri ABŞ-a apararaq Fəthullah Gülənə çatdırıb.

Prokurorluq “Kosmik Oda”da dövlətinin təhlükəsizliyi baxımından həyati dərəcədə əhəmiyyətə sahib çox gizli dövlət sirri olan 320 rəqəmsal məlumatın olduğunu müəyyənləşdirib. Bundan başqa, Müqavimət Təşkilatının (“Ağ qüvvələr”) üzvlərinin adlarının olduğu 212 səhifəlik sənəd də həmin sənədlər arasında olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm