Dünya
"Arvadın indi evdə sənə xəyanət edir" - Gecə növbəsində çalışan kişiyə müəmmalı zəng - - FOTO

Türkiyənin Ege bölgəsində yerləşən Aydının Nazilli Mahalındakı fabrikdə gecə növbəsində çalışan N.U.-ya qəfil zəng gəlib. Zəng edən adamın xəbərdarlığıyla evinə gedincə yatağında həyat yoldaşını bir başqa kişilə tutub.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, vaxtında hadisə yerinə gələn polis xəyanət cinayətinin qarşısını alıb.
"Arvadın sənə bu an evinizdə xəyanət edir" xəbərdarlığından sonra dəliyə dönən N.U. bir neçə dostunu da özü ilə götürərək saat 23.30 radələrində evinə gəlib. N.U.-nun təxminən 20 dəqiqə qapının zənginə basmasına baxmayaraq qapı açılmayıb.
Yoldaşlarıyla birlikdə yaşadığı mənzilin ətrafını nəzarətə götürən N.U. bu an qaçmağa çalışan evli 2 uşaq atası Serkan D.-ni tutublar. Serkan D.-ni vurmağa başlayan N.U. hadisə yerinə gələn polisin müdaxiləsiylə təsirsiz hala gətirilib. Bu vaxt evə girən polis bir uşaq anası olan 26 yaşlı Ş.B.U.-nu avtomobilə mindirərək onu ərinin hücumundan qoruyublar.
Aldığı yumruq zərbələrindən qan içində qalan Serkan D. bölməyə aparıldıqdan sonra müalicəsi üçün xəstəxanaya çatdırılıb. Burada edilən müayinədə Serkan D. -nin həyati təhlükəsinin olmadığı ifadə edilib.
Xəstəxanadakı müalicəsinin ardından polis bölməsinə aparılan Serkan D. ilə Ş.B.U.-nun "Biz iş danışırdıq" dediyi məlum olub. Ş.B.U. və Serkan D.-nin Nazilli Bələdiyyəsində təhlükəsizlik işçisi olaraq çalışdıqları bildirilir.



-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi