Dünya
Səddam Hüseynin nəvəsi ABŞ prezidentinə məktub yazdı
“Babası edam edilmiş bir nəvə olaraq, sizdən İran silahlılarının qaçırdığı və o ölkədə saxlanılan qohumlarımın cənazələrinin geri alınmasına yardım etmənizi istəyirəm”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın keçmiş prezidenti Səddam Hüseynin nəvəsi Məsud Uday Səddam Hüseyn ABŞ Prezidenti Donlad Trampa ünvanladığı məktubda yazıb.
O, cənazəsi İranda saxlanılan qohumlarının adlarını açıqlayıb. Onların arasında Səddam Hüseynin qardaşları Varban İbrahim əl-Həsən Tikriti, Barzan İbrahim əl-Həsən əl-Tıkriti, oğlanları Uday Səddam Hüseyin, Kusay Səddam Hüseyin və nəvəsi Mustafa Kusay Saddam Hüseyinin də cənazələri var.
Məsud Uday Səddam Hüseynin məktubunda deyilir ki, babasının hakimiyyəti illərində İraqın vitse-prezidenti olmuş Taha Yasin Ramazanın da cənazəsi İrana aparılıb və orada saxlanılır.
Səddam Hüseynin nəvəsi yazıb ki, İran həmin insanların cənazələrini ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dönəmində girov götürüb: “Bu beynəlxalq hüquqa və insan haqlarına qarşı çıxmaqdır. Sizin bu məsələyə həssas yanaşacağınızı, İranın zor-gücünə saxladığı cənazələri aid olduqları yerə təhvil verməsinə yardımınızı gözləyirik”.
Qeyd edək ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da Donald Trampa məktub yazaraq onu bu ölkənin siyasi sistemində islahatlar aparmağa, Amerikanın miqrasiya və xarici siyasətində dəyişikliklər etməyə çağırıb. Fars və ingilis dillərində yazılan 13 səhifəlik bu məktub ABŞ-ın İranda hüquqlarını qoruyan və onu təmsil edən İsveçrə səfirliyinə təhvil verilib.
Onu da xatırlamaq istərdik ki, M.Əhmədinejad prezident vəzifəsində işlədiyi müddətdə ABŞ prezidentlərinə də məktub yazıb.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...