Dünya
Qəzaya uğrayan "MiQ-23"ün pilotu tapılıb - YENİLƏNDİ - - VİDEO
Türkiyə ilə sərhəddə qəzaya uğrayan Suriyaya məxsus "MiQ-23" qırıcı təyyarəsinin pilotu tapılıb.
"Report" xəbər verir ki, təyyarəçi qəza yerindən 500 metr aralıda tapılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Pilotun xəsarət aldığı ehtimal olunur. O, hadisə yerindən "təcili yardım" xərəyində aparılıb.
Təyyarə martın 4-də qəzaya uğrayıb. Onun qalıqları Türkiyə əyaləti ərazisində aşkar edilib, qəza faktını isə Türkiyənin baş naziri Binəli Yıldırım təsdiq edib.
04.03.2017/22:45
Suriya Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-23” tipli qırıcı təyyarə qəzaya uğrayıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, insident Suriya və Türkiyə sərhədində yerləşən İdlib əyalətində qeydə alınıb.
Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, pilot katapult edə bilib.
Hazırda pilotun harada olduğu məlum deyil.
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi