Dünya
Batumidə ara qarışdı - Polis rezin güllələrlə asayişi bərpa etdi - - FOTO/VİDEO
Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyib.
APA-nın verdiyi xəbərə görə, küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib.
Agentliyin məlumatına görə, xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamilə təmizləməyə müvəffəq olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir. Saxlanılanların sayı barədə məlumat verilmir.
Kommunal xidmətlərin küçədə bərpa və təmizlik işlərinə başladığı bildirilir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. İğtişaşların episentri olmuş Çavçavadze küçəsində avtomobillər yandırılıb, səkilər, vitrinlər, işıqforlar, mağazalar və s. obyektlər dağıdılıb.
İğtişaşlar zamanı azı 30 nəfərin xəsarət aldığı bildirilir.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu