Dünya
Ukrayna rus nazirin təyyarəsini ələ keçirmək istəyib
Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin də yer aldığı nümayəndə heyətinin uçduğu təyyarəni məcburi endirmək üçün havaya iki MiQ-29 təyyarəsi qaldırıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə nümayəndə heyətindəki mənbə bildirib. Medinskinin daxil olduğu nümayəndə heyəti Moldovanın separatçı Dnestryanı bölgəsindən qayıdırmış.
Bundan əvvəl Medinski bildirib ki, Ukrayna tərəfi onların təyyarəsinə ölkənin hava məkanından istifadəyə icazə verməyib və nəticədə təyyarə Kişnyova geri qayıdıb. Ukrayna tərəfi təyyarəni ölkə ərazisində məcburi endirməklə hədələyib. Nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının deputatları da daxildir. “Ukrayna əvvəlcə Rusiya nümayəndə heyətinin ölkə üzərindən uçuşuna icazə verdi, ancaq sonra fikrini dəyişdi. Vaşinqtondan zəng gəldi?” deyə Medinski bildirib.
Nümayəndə heyətində yer alan deputat Aleksey Juravlyov isə deyib ki, Ukrayna tərəfinin təxribatından ehtiyat edərək onlar iki hissəyə ayrılıblar. Onun sözlərinə görə, bir sutka ərzində Ukrayna tərəfi mövqeyini üç dəfə dəyişib. “Əvvəlcə icazə vermədilər, sonra bildirdilər ki, uça bilərik. Bizim hərbçilər təxribatdan ehtiyat edərək nümayəndə heyətinin iki hissəyə ayrılmasını məsləhət gördülər. Biz iki hissəyə ayrıldıq və hazırda ayrı-ayrı yollarla Moskvaya qayıdırıq” deyə deputat bildirib.
Bundan əvvəl Dnestryanı bölgədən Moskvaya qayıda bilmədiyini bildirən baş nazirin müavini Dmitri Roqozin isə artıq Rusiya paytaxtındadır. Onun hansı yolla geri qayıtdığı açıqlanmır. Siyasətçi bildirib ki, Rusiya hərbi sənayesinin “öz cığırları” var və o, artıq Moskvadadır. “Xunta isə burununu qurdalamaqla məşğuldur” deyə Roqozin ironiya ilə Twitter-də yazıb.
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO