Dünya
Türkləri Avropadan qovmaq planı işə düşdü – Alman kəşfiyyatının ŞOK SSENARİSİ
Almaniyanın daxili kəşfiyyat idarəsi olan Federal
Konstitusiyanın Müdafiə Təşkilatı (BfV) Türkiyədə aprelin 16-da
keçiriləcək referendumla bağlı hesabat hazırlayıb.
Publika.az xəbər verir ki, hesabatda PKK və “radikal sağçı
qrupların” (türk millətçiləri nəzərdə tutulur-red) Almaniyada
gücləndiyi və “silahlı toqquşmaların” ola biləcəyi iddia
olunur.
“Yeni Şafak” qəzeti yazır ki, terror təşkilatı olan PKK-nı
dəstəkləyənlərlə millətçi türklər arasında gərginliyin yaşandığına
dair iddiaların ortaya atılması əslində, türklərin Almaniyadan
çıxarılması planının ilk addımıdır.
Almaniyadakı türklər də bu hesabatı “yaxında başlayacaqları hücum
üçün ictimai rəyin formalaşdırılması” olaraq qiymətləndiriblər.
Qəzet qeyd edir ki, nasizmi dəstəkləyən “NSU” qrupu türklərin
evlərini yandıraraq, onlara hücuma keçəcək və beləliklə türk
vətəndaşların deportasiya prosesi başlanacaq.
“Almaniyadakı türk imamları “casusluqda” ittiham edən və bütün
məscidləri FETÖ-yə təslim etməyə hazırlaşan alman dövləti terror
təşkilatı PKK-nı türklərin deportasiya planında tətikçi olaraq
istifadə edir. Plana görə, türklər 16 apreldə keçiriləcək
referenduma qədər və ondan sonrakı dövrdə müxtəlif hücumlara məruz
qalacaq. Hər gün hücuma məruz qalan türklər özlərini PKK-dan
müdafiə etməyə başlayanda alman dövləti onları sabitliyi pozmaqda
ittiham edəcək. Alman kəşfiyyatı “Ərdoğan tərəfdarları şiddətə
meyllidir. Küçədəki davanı da onlar çıxarır. Ölkənin sakitliyini
pozanlar “bəli” tərəfdarlarıdır” şaiyələrini yayacaq”, - deyə qəzet
əlavə edib.
Qəzet həmçinin, qeyd edir ki, Almaniya PKK-çıları türklərin üzərinə
hücuma keçməsini təmin etməklə hər şeydən öncə onların referendumda
“bəli” deməkdən çəkindirməkdir: “Bəli” tərəfdarlarının seçkidən
uzaqlaşdırmağı nəzərdə tutan bu planın referendumdan sonrakı
mərhələsi isə daha dəhşətlidir. Almaniya PKK-çılardan özlərini
müdafiə etməyə başlayan türkləri kütləvi şəkildə ölkədən
deportasiya edəcək və hər şeyi “türk-kürd” qarşıdurması olaraq
göstərməyə çalışacaq. Bununla yanaşı, Almaniya PKK-ya dəstəyini
daha da artıracaq”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, Hollandiyada türklərə qarşı hücumların başlanmasından
sonra Publika.az hadisələri analiz edərək, son
hədəfin “Türklərin Avropadan qovulması” olduğunu yazmışdı.
Asif
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi