Dünya
Gülən əməliyyatında ŞOK STATİSTİKA: 50 min insan həbs olundu
Türkiyədə dövlət çevrilişinə cəhddən sonrakı 8 ay ərzində 113 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə əlaqələrdə şübhəli bilinərək saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, 50 minə yaxın insan FETÖ işi ilə əlaqədar həbs edilib.
"Həbs edilənlərin 10 732 nəfəri polis, 7 643-ü hərbi qulluqçu, 168-i general, 2575 nəfəri hakim və prokuror, 208-i məmur və 26 177 mülki şəxsdir", - deyə nazir bildirib. S.Soylu qeyd edib ki, hazırda 47 mindən çox insan Gülənlə əlaqələrdə şübhəli bilinərək həbsdə saxlanılır.
Ümumilikdə FETÖ işi ilə bağlı 113260 nəfər həbs edilib. Lakin sonradan onların 65,36 min nəfəri azadlığa buraxılıb. Həmin şəxslərdən 41,5 min nəfəri hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
FETÖ ilə əlaqələrdə şübhəli bilinən 863 nəfər isə ölkədən qaçıb.
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı