Dünya
Müəllim təyyarənin yubanmasına görə BMT baş katibi ilə görüşü buraxıb
Suriyanın xarici işlər naziri Vəlid Müəllim göyərtəsində
Dəməşq nümayəndə heyətinin olduğu təyyarənin Afina hava limanında
yubanması səbəbindən BMT-nin baş katibi Pan Gi Munla görüşü
buraxmalı olub. "Ceneverə-2" beynəlxalq konfransı ərəfəsində
İsveçrənin Montrö şəhərində yanvarın 21-nə təyin
edilmişdi.
Məlumata görə, təyyarənin əlavə yanacaq doldurma ilə bağlı problemi
olduğuna görə müvəqqəti olaraq Afina aeroportuna eniş edib. Təyyarə
İsveçrəyə uçmamışdan öncə aeroportda 4 saat vaxt itirib.
Yunanıstanın rəsmi şəxsləri gecikməyə görə Suriya nümayəndə
heyətindən üzr istəyiblər.
Qeyd edək ki, bəzi KİV-lər Yunanıstanın Suriya nümayəndə heyətinin
təyyarəsinin Afinada yanacaq doldurmasına icazə verməməsi barədə
xəbərlər yaymışdılar. Yunanıstan XİN bu məlumatı rəsmən təkzib
edib.
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı