Əsəd hökuməti: “ABŞ-ın raket zərbələrini gözləyirdik”
Bizi izləyin

Dünya

Əsəd hökuməti: “ABŞ-ın raket zərbələrini gözləyirdik”

"Baş verən bu hadisələr Suriya hərbiçiləri arasında böhran yaratmayacaq”.

Suriya hökuməti “Şayrat” aviabazasının ABŞ hərbiçiləri tərəfindən “Tomahawk” raketi ilə vurulmasına münasibət bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı Suriyanın İnformasiya Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, Suriya hökuməti “Şayrat” aviabazasının ABŞ tərəfindən vurulacağını ehtimal edirdi:

“Biz ABŞ-ın hərbi müdaxilələrini və raket zərbələrini hər zaman gözləmişik. Ancaq baş verən bu hadisələr Suriya hərbiçiləri arasında böhran yaratmayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm