SSRİ kosmonavtı öldü - - FOTOLAR
Bizi izləyin

Dünya

SSRİ kosmonavtı öldü - - FOTOLAR

O, 1986-cı ildən Rusiya Elmlər Akademiyasında fizik kimi işləyirdi.

Aprelin 8-nə keçən gecə məşhur SSRİ təyyarəçi-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Qreçko 86 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu haqda “Kosmonavtika Xəbərləri” jurnalının saytında bildirilir.

Georqi Qreçko 1931-ci il mayın 25-də Leninqradda doğulub. 1955-ci ildə Leninqrad Hərbi-mexaniki İnstitutunu bitirdikdən sonra mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.

O, ilk sovet peykləri və planetlərarası stansiyalarının hazırlamasında iştirak edib.

Qreçko üç dəfə kosmik uçuş edib. O, 1986-cı ildən Rusiya Elmlər Akademiyasında fizik kimi işləyirdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm